ŞOK! Ermənistanın BU ARZUSU gözündə qaldı - yaxın vaxtlarda...

Hindistanın Müdafiə Nazirliyi “Pralay” ballistik raketlərinin Ermənistana ixracına rəsmi icazə verib. Hindistanın “Alpha Defence” portalının məlumatına görə, bu qərar iki ölkə arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində verilib. Ermənistan Müdafiə Nazirliyindən rəsmi təsdiq alınmasa da, dolayı sübutlar Hindistanın bu raketləri tədarük etməyə hazır olduğunu göstərir.

Hindistan hərbi mənbələrindən yayılan məlumata görə, yaxın vaxtlarda Ermənistana “Pralay” raketlərinin tədarükü ilə bağlı müqavilə bağlana bilər. Bu raketləri satmaq planları ilə bağlı daha əvvəl də Hindistan Müdafiə Nazirliyi bildirmişdi ki, artıq tədarüklə bağlı danışıqlara başlanıb və müqavilə yekunlaşmaq üzrədir.

PAHAR.jpg (31 KB)

Lakin bu raketlərin Ermənistana verilməsi müəyyən hüquqi və texnoloji məhdudiyyətlər yaradır. Belə ki, beynəlxalq silahlara nəzarət müqavilələri çərçivəsində Hindistan 300 kilometrdən çox mənzilə malik raketləri və çəkisi 500 kiloqramdan çox olan döyüş başlıqlarını ixrac etməyəcəyi öhdəliyini götürüb. Ermənistanla bağlanacaq müqavilə isə “Pralay” ballistik raketlərinin taktiki-texniki göstəriciləri ilə bağlı olaraq həmin öhdəliyə ziddir.

“Alpha Defence” saytı bildirir ki, Hindistan bu öhdəlikləri yerinə yetirmək üçün raketin uçuş mənzilini və döyüş başlığının çəkisini azaldaraq silah ixracı öhdəliyinə uyğunlaşdırmaq üzərində işləyir ki, bu da çox böyük zaman alacaq.

Məlumat üçün bildirək ki, “Pralay” qısa mənzilli, kvazi ballistik, bərk yanacaqla işləyən “yer-yer” tipli raketdir. 150-500 km məsafədəki hədəfləri vurmağa qadirdir. Raketin əsas üstünlüyü yüksək sürəti və düşmənin hava hücumundan müdafiə sistemlərindən yan keçmə qabiliyyətidir ki, bu da onu müasir döyüş taktikasında son dərəcə faydalı edir.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün 

16.10.2024 12:55
1145