ŞOK! Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü döyüb öldürdü - VİDEO

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.

İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.

13.07.2024 12:42
3403