ŞOK ƏMƏLİYYAT: Xərçəng xəstələrinin dərmanlarını oğurlayan ər-arvad SAXLANILDI

Türkiyə polisi Adana şəhərində əməliyyat keçirib. 

Musavat.com xəbər verir ki, keçirilən əməliyyat zamanı əksəriyyəti xərçəng xəstələrinin müalicəsində istifadə edilən 35 min 206 qutu dərman ələ keçirilib.

Müxtəlif dövlət xəstəxanalarına aid olduğu təsbit edilən dərmanları qanunsuz yolla əldə edildiyi məlum olub. Həmin dərmanları qanunsuz yolla ələ keçirən Erdal B. və həyat yoldaşı Hicran B. saxlanılıb.Bundan əlavə, dərmanların xəstəxanalardan kimin və necə çıxarıldığını müəyyən etmək üçün araşdırmalar başlanılıb.

Soyuducu anbarda saxlanmalı olan dərmanların qutularda saxlandığı da müəyyən edilib. Əməliyyat keçirilən ünvanda satışa hazırlandığı müəyyən edilən narkotik vasitələr də ələ keçirilib. 

Musavat.com

DEVLET-HASTANELERINE-AIT-35-BIN-KUTU-ILA_19256 (5)

DEVLET-HASTANELERINE-AIT-35-BIN-KUTU-ILA_19256

DEVLET-HASTANELERINE-AIT-35-BIN-KUTU-ILA_19256 (3)

DEVLET-HASTANELERINE-AIT-35-BIN-KUTU-ILA_19256 (2)

Bakkalda ele geçirildi, devlet hastanelerinin çıktı! Tam 35 bin kutu ilaç...

29.02.2024 13:26
1104