ŞOK CİNAYƏT - Qadını bıçaqladı, daha sonra avtomobillə üstündən keçdi

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.

G. Fərəcova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

22.11.2024 14:45
406