"Mən nüvə silahının Ukraynaya qaytarılmasının tərəfdarıyam. Və inanıram ki, bu, yaşamaq üçün yeganə seçimimizdir”.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Həmrəyliyi Partiyasından Ali Radanın deputatı Aleksey Qonçarenko teleqramda yazıb.
Onun sözlərinə görə, əgər NATO Ukraynanı Alyansa qəbul etmək niyyətində deyilsə, o zaman Kiyev raketlər hazırlamalıdır.
Qonçarenko hesab edir ki, Kiyevə min döyüş başlığı lazım deyil, 20 başlıq kifayət edəcək.
O vurğulayıb ki, Kiyev mümkün sanksiyalara dözməli olacaq, çünki başqa çıxış yolu yoxdur:
"Sanksiyalar olacaqmı? Dözək. Başqa çıxış yolu yoxdur".
@@/oleksiihoncharenko/40054@@
Musavat.com