Məşhur müğənni və bəstəkar Şöhrət Məmmədovun tezliklə toyu baş tutacaq.
Bu barədə müğənni özü məlumat verib. Toy mərasimi Bakıda keçiriləcək.
Maraqlı məqam odur ki, məclisə yalnız kişilər dəvət olunacaqlar.
Şəxsi həyatı barədə danışmağı sevməyən sənətçi bildirib ki, gələcək həyat yoldaşı incəsənət sahəsinə aid deyil və onun üzünün efirdə görünməsini arzulamır./lent.az