Bir zamanların reytinqli serialı "Üvey Baba"nın aktyoru Şemsi İnkaya illər sonra açıqlaması ilə marağa səbəb olub.
O, jurnalistlərə açıqlamasında yeni texnologiyalardan uzaq durduğunu bildirib.
"Mənim telefonumda internet yoxdur. Smartfonum olsa, indiyə qədər başım bəla çəkmişdi. Həbsxanada idim. Kim bilir, nələr yazacaqdım".
Xatırladaq ki, Şemsi İnkaya ilər əvvəl "Üvey Baba" serialındakı "Halil" obrazı ilə məşhurlaşmışdı./BAKU.WS