Smartfonları şarj etmək üçün xüsusi papaq təqdim olundu

"EcoFlow" şirkəti qeyri-adi "PowerHat" aksesuarının istehsalı üçün vəsait toplamaq məqsədilə kraudfandinq kampaniyasına başlayıb.

"PowerHat" qadcetləri şarj etmək üçün günəş panellərinə malik papaqdır.

Günəş panelləri və iki USB portu ilə təchiz edilmiş bu suya davamlı baş geyimi eyni vaxtda iki cihazı doldura bilir. Onun vasitəsilə 4 000 mAh batareyanı üç-dörd saat ərzində tam doldurmaq mümkündür. Doldurma sürəti birbaşa günəş işığının intensivliyindən asılıdır.

Papağın müxtəlif ölçülərdə mövcuddur: Orta və böyük (56-58 santimetr) və ultra böyük (59-61 santimetr). Hər bir modelin çəkisi təxminən 370 qramdır.

Avqustun 31-dək davam edəcək ilkin sifariş mərhələsində papağı 79 dollara almaq olar. Bu tarixdən sonra isə onun qiyməti 129 dollara yüksələcək.//Oxu.az

11.08.2024 22:19
542