Sloveniya parlamenti Fələstinin müstəqil dövlət kimi tanınmasına səs verib

Sloveniya Demokrat Partiyası Sloveniya Dövlət Məclisinə (parlamentin aşağı palatası) Fələstinin tanınması ilə bağlı məşvərət referendumunun keçirilməsi ilə bağlı yeni təklif təqdim edib.

APA xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb.

Respublikanın aparıcı müxalifət qüvvəsi yeni təklifi birbaşa olaraq parlamentin aşağı palatasının Fələstinin tanınması məsələsi üzrə iclası zamanı göndərib.

05.06.2024 00:33
352