Slovakiyanın güllələnən baş nazirinin həyatı təhlükədədir – Bəyanat

Bu gün güllələnən Slovakiyanın baş naziri Robert Fitsonun həyatı üçün təhlükə var.

Musavat.com xəbər verir ki, bu barədə baş nazirin Facebook hesabında yerləşdirilən bəyanatda qeyd olunur.

Bəyanatda bildirilir ki, Fitso bir neçə güllə yarası alıb. Slovakiya lideri Banska Bystrica xəstəxanasına aparılıb.

Atışmanın baş verdiyi Handlova şəhəri paytaxt Bratislavadan avtomobillə təxminən iki saatlıq məsafədədir. Hökumət üzvləri səyyar iclas üçün bu şəhərə getmişdilər.

TASR xəbər agentliyinin məlumatına görə, Fitsoya bir neçə dəfə atəş açılıb. Slovakiyanın təcili tibbi yardım xidməti hadisə yerinə təcili yardım helikopterini göndərdiyini bildirib.

Daha əvvəl media baş nazirin başından və döş qəfəsindən yaralandığını bildirmişdi.

Musavat.com

15.05.2024 19:47
1089