Slovakiyanın baş nazirinə içərisində güllə olan zərf göndərilib

 

Slovakiya hökumət ofisində səhər saatlarında poçtun yoxlanılması zamanı baş nazir Robert Fikoya ünvanlanmış zərfin içərisində güllə tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Plus 7 Days” saytı məlumat yayıb.

Xəbərdə həmin güllənin xüsusi cihazla yoxlamadan sonra aşkar edildiyi qeyd olunub.

Zərfin göndəricisi hələlik məlum deyil. Artıq Nazirlər Kabinetinin nümayəndələri hadisənin araşdırılması və göndərənin axtarışı üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.

Xatırladaq ki, 2024-cü il mayın 15-də Fikoya sui-qəsd edilib, nəticədə Slovakiyanın baş naziri güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Musavat.com

25.09.2024 15:28
217