Slovakiyada qatarla avtobus toqquşub: Ölənlər və yaralananlar var

Slovakiyada qatarın avtobusla toqquşması nəticəsində beş nəfər ölüb, beş nəfər isə yaralanıb.

Bildirilib ki, hadisə Bratislavadan 110 kilometr şərqdə baş verib.

Qeyd olunub ki, qatar Praqa-Budapeşt marşrutu üzrə hərəkət edib. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.//Oxu.az

28.06.2024 02:07
492