Slovakiyada keçirilən seçkilərdə Fikonun partiyası qalib gəldi

Slovakiyanın keçmiş baş naziri Robert Fikonun rəhbərlik etdiyi İstiqamət - Sosial Demokratiya partiyası şənbə günü respublikada keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.

Məlumata görə, səsvermənin yekun nəticələrini Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyasının sədri Ladislav Oroz açıqlayıb.

“İstiqamət - Sosial Demokratiya Partiyası ən çox səs toplayıb – 22,94%”, - deyə o bildirib.//APA

01.10.2023 21:12
542