Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar.
1 apreldə insanların bir-birilərini aldatmaq adətlərinin meydana gəlməsi ilə bağlı müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır.
Eləcə də Fransa, Rusiya və bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də gülüş günü keçirilir.
Azərbaycanda da bu adəti davam etdirənlər az deyil. 1 aprel tarixində insanlar bir-birilərinə xoş zarafatlar edir, əylənir və gülürlər.
Bəs aprelin 1-də sizi aldadan olubmu? Siz kimisə aldatmısınız? Ümumiyyətlə, bu gün gülə bildinizmi?
Musavat.com-un əməkdaşları bu suallarla paytaxt sakinlərinə müraciət edib.
Verilən cavabları aşağıdakı video-materialdan izləyə bilərsiniz:
Anar Əhməd, Nərminə Aydın,
Musavat.com