Siyəzəndə mikroavtobus aşıb, xəsarət alanlar var


Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

19.10.2022 11:12
553