Siyəzən rayonunda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini - 1994-cü il təvəllüdlü Hüseynağa İsa oğlu Qəribovu yolu keçərkən avtomobil vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.