“Siyəzən Broyler”in həyətində insan sümükləri aşkarlandı

Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən "Siyəzən Broyler" ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

09.07.2024 11:11
1141