Siyavuş Novruzovun qardaşı yeni vəzifəyə təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev millət vəkili Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, millət vəkilinin qardaşı Novruzov Məhərrəm Dünyamalı oğlu müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, həmçinin uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.

15.09.2023 18:15
15035