Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov pullarını xaricdə hansısa mülkiyyətə yatıran, yaxud da xarici banklarda saxlayanlara çağırış edbi.
Deputat deyib ki, xaricdə mülkiyyətin qarantiyası yoxdur: “Ərəb baharı baş verdikdən sonra ABŞ bu ölkələrin bütün xaricdəki pullarını dondurdu, yaxud mənimsədi. Həmçinin Liviyanın xaricdə 240 milyard ehtiyatı var idi, o vəsait donduruldu, indi hərdən 1-2 milyard vəsait qaytarırlar Liviyaya. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da Rusiyaya bağlı vəsaitlər, mülkiyyətlə sanksiya altına düşdü, yaxud müsadirə edildi. Odur ki, kimin vəsaitləri varsa, başa düşməlidir ki, öz vətənində o vəsaitlərə daha çox təminat var. Artıq dünyada etibarlılıq yoxdur”.
E.Paşasoy,
Musavat.com