Siyavuş Novruzov: “Burada bəziləri ayaqlarını yerə döyürdülər”  


Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdəki iclasında çıxış edərək Dövlət Müstəqilliyinin Bərpası ilə bağlı təbriklərini çatdırdı.

Komitə sədri bildirdi ki, bu gün dünyada 5 minə yaxın xalq var. Amma onların yalnız 200-ünün dövləti var və BMT-nin üzvüdür. Hətta bu dövlətlərin də bəziləri müstəqil deyil, Ermənistan kimi. Azərbaycanın isə tam müstəqil ölkə olduğunu deyən S.Novruzov 90-cı illərə ekskurs etdi.

Qeyd etdi ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi elan olunan 14-cü sovet respublikası oldu:

“Bizdən qabaq demək olar ki, bütün ölkələr özlərinin müstəqilliklərini bəyan etmişdilər”.

Komitə rəhbəri daha sonra bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil ölkə olaraq yaşaya biləcəyini deyəndə burada bəziləri ayaqlarını yerə döyürdülər: “Heydər Əliyev Azərbaycana parlament mədəniyyəti gətirdi”.

E.Paşasoy,

Musavat.com

18.10.2024 12:00
537