"Şişi götürmək riskdir, ona görə də... " - Salam Sarvanın səhhəti ilə bağlı AÇIQLAMA

Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, həkimlər növbəti əməliyyatı riskli bildiklərindən kimya-terapiya müalicəsini yazıblar: "Şişi götürmək riskdir. Ona görə də ondan nümunə götürülüb. Beş-altı günə nəticəsi bilinəcək. Ona uyğun addım atılacaq".

Hazırda evdə müalicə alan Salam Sarvan özünü nisbətən yaxşı hiss etdiyini əlavə edib.

29.04.2024 17:39
1264