Şirvanda Kür çayında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilin

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

03.06.2024 16:26
586