Şirvanda körpə doğuş zamanı ÖLDÜ

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.

Ailə üzvlərinin bildirdiyinə görə, körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

09.08.2022 13:57
365