Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 2010-cu il təvəllülü Allahverdizadə Şakir Həsənxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun məktəbli yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

11.12.2023 20:27
621