Şirinxanım Səmədova direktor təyin edildi

Şirinxanım Səmədova Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.

Bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Səmədova Şirinxanım Vaqif qızı 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib.

Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi.//Report

 
24.02.2024 19:20
1678