Cümə günü Sinqapur hakimiyyəti təxminən 20 ildən sonra ilk dəfə bir qadını edam edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, edam edilən qadın narkotik alverinə görə məhkum olunub.
Mərkəzi narkotik bürosu açıqlamasında bildirib ki, Saridevi Camani adlı qadın 2018-ci ildə təxminən 30 qram heroini satdığı üçün ölüm cəzasına məhkum edilib.
“Sarıdevi Camaninyı çıxarılan ölüm hökmü 2023-cü il iyulun 28-də icra olunub”, - deyə məlumatda bildirilir.
İdarədən verilən məlumata görə, apellyasiya məhkəməsi qadının şikayətini təmin etməyib, onun ölkə prezidentinə əfv olunması ilə bağlı vəsatəti də təmin edilməyib.
Edam hüquq müdafiəçilərinin fəal etirazlarına baxmayaraq həyata keçirilib. Onların sözlərinə görə, sonuncu dəfə Sinqapurda qadına ölüm cəzası 2004-cü ildə tətbiq edilib. Həmin vaxt 36 yaşlı bərbər narkotik alverinə görə asılıb.
Musavat.com