Sinan Oğan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

Musavat.com xəbər verir ki, o bu barədə tviterdə yazıb.

"Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun".

26.06.2023 14:07
542