Saat 21:00-a olan məlumata əsasən, Quba, Qusar, Şəki, Xaltan, Şahdağ, Sabirabad, Göyçay, Zərdab, Cəfərxan, Qəbələ, Oğuz, Altıağac, Şabran, Daşkəsən, Bakıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20-25 m/s, Neftçalada 20 m/s-dək güclənib.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 20-23° isti, aran rayonlarında 23-26° isti, dağlıq rayonlarda 7-12° isti qeydə alınıb.