Simonyanın Kanadaya səfəri təxirə salındı - İLGİNC SƏBƏB

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Kanadaya səfəri ləğv olunmasa da, təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə Simonyanın köməkçisi Movses Arutyunyan məlumat yayıb.

“Səfər ləğv edilməyib, təxirə salınıb. Səbəb hazırda Kanadada mövcud olan daxili siyasi böhrandır. Bununla bağlı Kanadanın İcmalar Palatasının sədri Alen Simonyanla telefon danışığı apararaq, vəziyyət düzələnə qədər səfəri təxirə salmağı xahiş edib”, - deyə Arutyunyan vəziyyətə belə izahat gətirməyə çalışıb.

Musavat.com

23.09.2024 15:05
677