Simonyanın evinin yaxınlığına dron düşdü - Bu, artıq ikincidir

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın evinin yaxınlığına ikinci dəfə dron düşüb.

Musavat.com bizim media-ya istinadla xəbər verir ki, bu barədə o, Rusiya telekanallarının birinə verdiyi açıqlamasında danışıb.

"Sizə demək istəyirəm, güclü səslə düşür. Yenicə yuxuya gedirsən, 4-ün yarısında oyanırsan" - deyə o, qeyd edib.
Xatırladaq ki, ötən həftənin bazar ertəsi o, Moskva vilayətinin İstra rayonundakı evinin yaxınlığına dron düşdüyünü demişdi.

27.08.2023 21:14
1351