Simonyanın Ermənistana girişi qadağan edildi

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi yasaqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Simonyan öz telegram kanalında yazıb. Rusiya Dövlət Dumasının ermənipərəst deputatının Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb.

"Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi Ermənistanın hazırkı rəisi tərəfindən qadağan edilib..Yeri gəlmişkən, mənə də".,deyə Simonyan yazıb.

Toğrul İSMAYIL,
Musavat.com

26.10.2022 00:52
2335