Simonyan: Sülh müqaviləsi imzalanana qədər AB müşahidəçiləri Ermənistanda qalacaq  


Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Avropa Birliyinin (AB) mülki müşahidəçi missiyasına və bu missiyanı göndərən ölkələrə təşəkkür edir. O, ümid etdiyini vurğulayıb ki, müşahidəçilər ən azı sülh müqaviləsi imzalanana qədər Ermənistanda qalacaqlar.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, Simonyan qeyd edib: “Azərbaycan tez-tez Ermənistan tərəfinin qoşun yeritdiyini və ya hücuma hazırlaşdığını bildirirdi.

Bu zaman avropalı müşahidəçilər gəlib bunun belə olmadığını qeyd edirdilər. Baxacağıq, bəlkə sonradan buna ehtiyac qalmayacaq”.

23.10.2024 14:15
238