Simonyan: "Qarabağ ermənilərinin yaxın gələcəkdə qayıtması mümkün deyil"

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdan gedən ermənilər haqqında açıqlama verib. 

Musavat.com xəbər verir ki, Alen Simonyan Qarabağdan gedən ermənilərin yenidən geri qayıtmasını qeyri-mümkün hesab edir.

“Son hadisələr göstərir ki, ən azı yaxın gələcəkdə ermənilərin Xankəndiyə, Şuşaya və ya digər yaşayış məntəqələrinə qayıtması qeyri-mümkündür”,- deyə o, jurnalistlərə bildirib.

Musavat.com

28.11.2023 15:26
508