Simonyan Ermənistan ədliyyə nazirinin bir kitaba görə qurban getdiyini təsdiqlədi

Ermənistan parlamentinin spikeri, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Alen Simonyan ədliyyə naziri Qriqor Minasyanın Köçəryanın kitabına görə getdiyini təsdiqləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli mətbuat nümayəndələri ilə söhbətində danışıb.

“Cənab Minasyana münasibətim çox yaxşıdır, lakin fraksiyanın rəyi çox vacibdir. Ona görə də ona ancaq uğurlar arzulaya bilərəm”. Ancaq düzünü desəm, onunla bağlı bəzi anlaşılmaz məqamlar var. Məsələn, son təyinat (Minasyanın Köçəryan hökumətinə yaxınlığı ilə bilinən Sirvard Gevorqyanı özünə müavin təyin etməsi-red.)... Geniş siyasi fəaliyyətlə məşğul olan və çoxlu sayda insanla ünsiyyətdə olan bir şəxs kimi mənim üçün bu qərarı seçicilərimizə izah etmək çox çətin olardı”, - deyə Simonyan bildirib.

Qeyd edək ki, bu yaxınlarda Sirvard Gevorkyan ikinci prezident Robert Köçəryanın qızı ilə şəkil çəkdirib və əlində ikinci prezidentin kitabını tutub. Bu görüntü Paşinyanın partiyasında böyük hay-küyə səbəb olub.

Musavat.com

01.10.2024 15:59
1017