İnquşetiyada respublika rəhbəri Ramzan Kadırovun bəyanatlarına görə çeçenlərin saç-saqqalını qırxmaq çağırışı təxribat kimi qiymətləndirilib.
Musavat.com Lenta.ruya istinadla xəbər verir ki, bu barədə İnquşetiyanın Xarici Əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin mətbuat xidmətinin Telegram-da dərc etdiyi məlumatda deyilir.
Oktyabrın 10-da Kadırov Dağıstandan olan senator, milyarder Süleyman Kərimovu, həmçinin Dövlət Dumasının iki deputatı - Bexan Baraxoyevi və Rizvan Kurbanovu qan davası ilə hədələyib. Bundan sonra sosial şəbəkələrin inquş seqmentində magistral yollara çıxmaq və çeçen dövlət nömrə nişanlı avtomobilləri saxlamaq çağırışları qeyd olunub.
“Biz sizi təmkinli olmağa və təxribatlara uymamağa çağırırıq”, - deyə nazirliyin bəyanatında deyilir. Bəyanatda həmçinin qanuna riayət edilməsinin və razılaşdırılmamış ictimai tədbirlərdə iştirakdan çəkinməyin vacibliyi xatırladılıb.
Kadırovun qan davası ilə hədələdiyi şəxslərdən biri Bexan Baraxoyev Dövlət Dumasının İnquşetiyadan olan deputatıdır. Kadırov onun və digərlərinin adını “Wildberries” şirkəti ətrafında yaranmış münaqişə ilə bağlı çəkib. Atışma zamanı İnquşetiya sakinləri bazarın baş ofisinin foyesində olublar - Dövlət Dumasının deputatı Adam Delimxanov onları əvvəllər əldə edilmiş razılaşmalara əməl etmədiklərinə görə qınayıb.
Musavat.com