Şimali Koreyadan üç general TƏCİLİ Rusiyaya gəldi, Donetsk TAM götürülür... - CANLI

KXDR hakimiyyətinin göndərdiyi minlərlə hərbçi Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin beş poliqonunda təlim keçir Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında deyib. Kislitsa qeyd edib ki, Rusiyaya Ukrayna ilə savaşa göndərilən hərbçilər arasında üç koreyalı general da var: “Bunlar Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Şin Qem Çxol, Baş Qərargah rəisinin müavini, Kəşfiyyat Bürosunun rəisi Li Çanq Ho və Xüsusi Əməliyyatlar İdarəsi rəisinin müavini, general-polkovnik Kim Yonq Bokdur”.

Onun sözlərinə görə, Rusiya poliqonlarında Şimali Koreyadan olan 12 minə qədər hərbçi hazırlanır. Diplomat əlavə edib ki, Rusiya daha sonra Şimali Koreya əsgərlərindən hər birinin sayı 2-3 min nəfər olan ən azı beş bölmə və ya birləşmə yaratmağı planlaşdırır. "Şimali Koreya hərbçilərinin rus forması geyinəcəyi və onlara Rusiyaya məxsus şəxsiyyəti təsdiq edən sənədlərin veriləcəyi proqnozlaşdırılır" - deyə, o, bildirib.

Pentaqonun rəhbəri Lloyd Ostin əmindir ki, hətta Şimali Koreya qoşunlarının köməyə gəlməsi də Vladimir Putinin Ukraynaya qarşı açdığı müharibədə qalib gəlməsinə kömək etməyəcək.
L.Ostin bunu Cənubi Koreyanın Müdafiə naziri Kim Yonq-hyunla keçirdiyi birgə mətbuat konfransında deyib. ABŞ Müdafiə naziri Cənubi Koreyalı həmkarı ilə “bu təhlükəli və sabitliyi pozan eskalasiyaya mümkün reaksiyanı” müzakirə etdiklərini qeyd edib: “İndi Şimali Koreyanın Rusiyanın şərqinə təlim keçmək üçün 10 minə yaxın əsgər göndərdiyinə dair sübutlar var. Şimali Koreya qoşunlarının bir hissəsi artıq Ukraynaya yaxın ərazilərə köçürülüb”.

Onun sözlərinə görə, Şimali Koreya əsgərləri rus ordusuna aid geyimdədirlər və rus texnikası ilə təmin olunurlar: “Mən getdikcə daha çox narahatam ki, Kreml bu Şimali Koreya əsgərlərindən Rusiyanın Kursk bölgəsindəki hərbi əməliyyatlarını dəstəkləmək üçün istifadə etməyi planlaşdırır”.

O vurğulayıb ki, hərbi yardım üçün Şimali Koreya kimi “izqoy” dövlətə müraciət etməsi yalnız Putinin problemlərinin nə qədər böyük olduğunu göstərir: “Putin Ukraynada Şimali Koreyanın köməyi ilə belə qalib gəlməyəcək. Lakin bu dərin narahatlıq doğuran hadisələr Koreya Respublikası ilə və ümumi təhlükəsizliyə, firavanlığa sadiq olan digər müttəfiq və tərəfdaşlarımızla ittifaqımızın vacibliyini vurğulayır”.

Rusiya ordusu Donetsk vilayətinin Yasnaya Polyana yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla söhbətləşir.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

 

 

31.10.2024 15:51
674