Şimali Koreya Yapon dənizinə ballistik RAKET ATDI

Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb. 

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

Materialda jurnalistlər Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatlarına istinad ediblər.

"Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb", - mesajda deyilir.

Raket haqqında ətraflı məlumat verilmir.

NHK telekanalının məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi raketin buraxılışını təsdiqləyib. 

Musavat.com

17.12.2023 20:10
432