Şimali Koreya qoşunlarının Ukraynada yerləşdirilməsi münaqişəni gərginləşdirəcək — Lukaşenko


Belarus Prezidenti Aleksandr Lukaşenko BRİKS sammiti çərçivəsində BBC-nin Rusiya üzrə redaktoru Stiv Rozenberqlə söhbət edib.

Musavat.com xəbər verir ki, Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirən Lukaşenko bunu "cəfəngiyyat" adlandırıb və deyib: "Putinin xarakterini bilsək, o, heç vaxt başqa bir ölkəni Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına qoşmaq üçün ordusunu istifadə etməyə inandırmağa çalışmazdı".

Rozenberqin "əgər bu məlumatlar təsdiqlənsə?" sualına isə Lukaşenko belə cavab verib:

"Hər hansı bir ölkənin, hətta Belarusun silahlı qüvvələrinin də toqquşma xəttində olması münaqişənin gərginləşməsinə səbəb olar".

24.10.2024 11:40
547