Şimali Koreya hərbçiləri Rusiya Silahlı Qüvvələri ilə birlikdə Kursk vilayətində döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel bildirib.
Ağ Evin məlumatına görə, Rusiyaya 10 mindən çox Şimali Koreya hərbçisi göndərilib, onların əksəriyyəti Kursk vilayətinə yerləşdirilib.
NATO-nun baş katibi Mark Rutte də Şimali Koreya qoşunlarının Rusiyanın Kursk vilayətində cəmləşdirildiyini təsdiqləyib və bu addımın regionda eskalasiyaya səbəb olacağını qeyd edib.
Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya hərbçiləri oktyabrın 23-dən etibarən Kursk vilayətində döyüşlərdə iştirak edirlər.
Musavat.com