Şimali Koreya hökuməti Pxenyan yaxınlığında Cənubi Koreyaya məxsus kəşfiyyat dronunun qalıqlarını tapıb.
Musavat.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Şimali Koreya Cənubi Koreyanın hərbi texnikasının təkrarən hava məkanına daxil olmasını müharibə elanı kimi qəbul edəcək.