Silahlı şəxs 3 nəfəri girov götürdü - VİDEO

Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs “Petticoat” əyləncə mərkəzindəki kafedə insanları girov götürüb.

Musavat.com xəbər verir ki, həmin şəxs silah və partlayıcı ilə binaya daxil olaraq insanları partlayış törətməklə hədələyib.

Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.

Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək mümkün olub. Əməliyyat davam edir.

@@TVmusavat/82003@@

30.03.2024 16:33
1654