Silahları polisə könüllü təhvil verdilər - FOTO

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

03.12.2023 13:55
403