Silahla məzələndi, səfir vəzifəsini itirdi - VİDEO

Böyük Britaniyanın Meksikadakı səfiri Con Benjamin diplomatik heyət üzvünə silah tuşladıqdan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında paylaşılıb.

Qeyd olunub ki, hadisə aprel ayında Benjaminin Meksikanın şimalında narkotik kartelləri ilə tanınan Duranqo və Sinaloa ştatlarına səfəri zamanı baş verib.

Musavat.com

01.06.2024 12:08
1161