ABŞ Müdafiə Nazirliyi “Columbia” sinifli yeni nəsil ilk nüvə sualtı qayığını sulara buraxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi həniz qüvvələrinin qərargahı rəsmi məlumat yayıb.
2027-ci ildə istismardan çıxarılmasına başlanacaq mövcud “Ohayo” sinifli 14 nüvə enerjili ballistik sualtı qayığı əvəz edəcək ilk yeni qayıq “District of Columbia” (paytaxt Vaşinqtonun yerləşdiyi federal inzibati ərazinin adı belədir-red.) adlanır.
ABŞ hərbi həniz qüvvələri komandanlığının komandanı admiral Deril Kaudl ballistik raket sualtı qayıqlarının ABŞ ordusunun nüvə triadasının ən sağlam elementi adlandırıb.
“1958-ci ilin noyabrında “USS George Washington” (SSBN 598) sualtı qayığının burada-“Electric Boat” tərsanəsində buraxılışından bu yana bütün ballistik raket sualtı qayıqları kimi, yeni gəmilərimiz bizim hərbi qüdrətimizi təmsil edəcəklər. 63 ildən çoxdur biz dalğaların altında dövlətimizə qarşı ağılsız hərəkət etmək istəyənlərə qarşı sarsılmaz bir maneə yaradırıq”,-deyə admiral Kaudl bildirib.
ABŞ hərbi həniz qüvvələri “Electric Boat” şirkəti ilə birlikdə 2007-ci ildə “Ohayo” sinifli ballistik raket daşıyan sualtı qayıqlarını əvəz etmək üçün “Columbia” tipli yeni hərbi gəmilərini hazırlamağa başlayıb. “Columbia” sinifli sualtı qayıqların hər biri 16 raket daşıyacaq ki, bu da ABŞ nüvə triadasının təxminən 70%-ni təşkil edir.
Uzunluğu 560 fut və yerdəyişmə qabiliyyəti 20,810 ton olan “Columbia” ABŞ-ın indiyə qədər inşa etdiyi ən böyük sualtı qayıq olacaq.
Musavat.com