Silah anbarında Güclü PARTLAYIŞ oldu: Çox sayda ÖLƏN VAR - Bu ölkədə...

İndoneziyanın Qərbi Yava əyalətində köhnə silah-sursatın zərərsizləşdirilməsi zamanı güclü partlayış olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 09:30 radələrində baş verən hadisə nəticəsində azı 13 nəfər həyatını itirib.

Ölənlər arasında 4 hərbçi və 9 mülki vətəndaşın olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri ilə bağlı istintaq davam edir.

Musavat.com

13.05.2025 13:45
1464