İndoneziyada silah-sursat anbarında güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, yanğın yerli vaxtla 18:30-da İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı hərbi sursat anbarında baş verib.
Yerli sakinlər bildirirlər ki, partlayış səsləri bir neçə kilometr radiusda eşidilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğın yerində silah-sursatın partladıldığı görünür.
Ölkənin silahlı qüvvələrinin rəsmisi Kristomey Sianturi yaxınlıqdakı yaşayış məntəqələrindən vətəndaşların təxliyəsi barədə danışıb.
Yanğın zamanı tələfat barədə məlumat yoxdur.
Musavat.com