Siçan dərmanı içərək intihara cəhd edən qızın məktubu tapıldı

Zaqatalada siçan dərmanı içərək intihara cəhd edən qızın məktubu tapılıb.

20 yaşlı qızın yazdığı məktubu əldə edilib.

Gənc qız məktubunda bunları yazıb: "Mən heç kimə lazım deyiləm. Özümü dəyərsiz hiss edirəm. Məni heç kim istəmir. Heç öz ailəm də... Mən xoşbəxt olmamaqdan bezdim. Yoruldum həyatdan".

Faktla bağlı araşdırmalar davam etdirilir./Lent.az

19.07.2024 20:55
1084