Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin başçılıq etdiyi nümayəndə heyəti Aİ-Çin sammiti üçün Pekinə səfər etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı “South China Morning Post” məlumatlı mənbələrə istinadən yayıb.
Qəzet yazır ki, sammitin Pekində keçirilməsi qərarı Çin rəhbəri Si Cinpinin “Brüsselə getmək istəməməsi ilə əlaqədardır, ona görə də Kosta və fon der Lyayen Çin lideri ilə görüşmək istəsələr, Pekinə getməli olduqları barədə razılığa gəliblər”.
Qəzet qeyd edir ki, görüşün tarixi hələ razılaşdırılmayıb, “lakin Aİ liderlərinin səfərə hazır olması, ABŞ prezidenti Donald Trampın Avropa mallarına tariflər tətbiq etməsi və onun Ukrayna münaqişəsi ilə bağlı mövqeyi kontekstində blokun ABŞ-la münasibətlərinin faktiki olaraq pozulduğu bir vaxtda Pekinlə əlaqələri bərpa etmək üçün ciddi səy göstərdiyini göstərir”.
Musavat.com