"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik" - VİDEO

"Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi".

Bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva "Xəzər axşamı" verilişinə müsahibəsində deyib.

Sənətçinin övladı Atabəy isə 1 yaşında vəfat edən əkiz qardaşı Məhəmməddən danışıb:

"Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə "Səni mən çox axtarmışam" mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub".

Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.//Axşam.az 

@@TVmusavat/98497@@

16.10.2024 09:57
1154