Şeyxülislam: İrəvan Qazılığının bərpa edilməsinə Ermənistanın münasibəti bizi maraqlandırmır

İrəvan Qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, İrəvan Qazılığı yaradılmayıb, bərpa edilib:

"O ərazilər bizim əbədi torpaqlarımızdır. 1988-ci ildə azərbaycanlılar İrəvandan deportasiya edildiyi üçün oradakı Qazılığın fəaliyyəti dayandırılmışdı. Biz ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq və tezliklə o torpaqlarda da Qazılıq fəaliyyət göstərəcək".

06.06.2025 09:56
445